Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Arxiv fotosu; “Azersun Arena”da 1 qol
Qarabağ FK · Arxiv fotosu

Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edir. Qarşılaşma üçün komandaların heyətləri bəlli olub.

Yeton Bekirinin rəhbərlik etdiyi “Qəbələ”nin start heyətində Səlahət Ağayev (k), Elvin Camalov, Şahin Şahniyarov, Eşqin Əhmədov, İsmael Akinade, Rafael Utziq, Xayme Syerra, Kouya Mabea, İsaak Amoah, Meşak Uboçioma və Edson Eduardo yer alıblar. Ehtiyat oyunçular sırasında Həbib Hüşənov, Asif Məmmədov, Fərid İsgəndərov, Nicat Əliyev, Süleyman Damadayev, Nuğay Rəşidov, Ziya Şəkərxanov, Bruno Silva və Natan Monzanqo var.

Qurban Qurbanovun çalışdırdığı “Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev (k), Marko Yankoviç, Kadi Borqes, Mateus Silva, Bruno Lanqa, Renaldo Sefas, Zakaria Savo, Cebrail Makreçkis, Jali Muaddib, Bense Varkonyi və Dieqo Rosa çıxacaqlar. Ehtiyat oyunçular siyahısında Martin Zlomisliç, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Aleksey Kaşuk, Taofik İsmail, Reda Xadra, Samuel Lobato və Jeremi Qnali yer alıblar.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6