Azərbaycan Premyer Liqası: “Qəbələ” və “Qarabağ” qolsuz heç-heçə edib

Arxiv fotosu; “Azersun Arena”da 1 qol
Qarabağ FK · Arxiv fotosu

Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” və “Qarabağ” komandaları Qəbələ şəhər stadionunda qarşılaşıblar. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra “Qarabağ” 19 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Qəbələ” isə 8 xalla 10-cu yerdədir.

Turun digər oyunlarında “Turan Tovuz” öz meydanında “Sabah”ı 3:2 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” və “Zirə” isə 2:2 hesablı heç-heçəyə razılaşıb.

1500 tamaşaçının izlədiyi oyunu baş hakim Rəvan Həmzəzadə idarə edib.

Görüşdə sarı vərəqələri İsaak Amoa (14-cü dəqiqə) və Edson Eduardo (45-ci dəqiqə) “Qəbələ”nin, Dieqo Rosa (68-ci dəqiqə) isə “Qarabağ”ın heyətində alıb. İkinci hissəyə 3 dəqiqə əlavə olunub.

VİDEO İCMAL

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6