Ceyhun Sultanov “Araz-Naxçıvan”ın problemlərini açıqlayıb

“Araz-Naxçıvan”ın prezidenti komandanın problemlərini açıqladı

“Araz-Naxçıvan”ın prezidenti Ceyhun Sultanov komandasının Misli Premyer Liqasının ilk dövrəsindəki çıxışını dəyərləndirib. O, qələbə qazana biləcəkləri oyunlarda üstünlüyü qoruya bilmədiklərini və buraxılan bəsit qolların səbəbinin müdafiədəki diqqətsizlik olduğunu bildirib.

Sultanov komandada beş-altı futbolçunun zədəli olduğunu və bunun çətinlik yaratdığını qeyd edib. O, müdafiədəki səhvlərin aradan qaldırılmasının məşqçilər heyətinin vəzifəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” 11 turdan sonra dörd xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6