Mahir Emreli Murad Məmmədovun illər əvvəlki mesajlarını paylaşıb

Arxiv fotosu; Mahir Emreli
Arxiv fotosu

Azərbaycan millisinin üzvü Mahir Emreli Kiprin “Pafos” klubunda çıxış edən və yığmaya dəvət alan Murad Məmmədovun 2019-cu ildə ona göndərdiyi mesajları instaqram hesabında yayımlayıb.

Məmmədov həmin mesajlarda Emrelinin qol vurduqdan sonra anasına ürək işarəsi göstərməsinə toxunaraq, özünün də oxşar addımı atacağını və milliyə gələcəyini bildirib.

Murad Məmmədov həmçinin Emreli ilə eyni heyətdə oynamaq və qələbə qazanmaq istədiyini qeyd edib.

Hazırda hər iki futbolçu Azərbaycan millisinin Lixtenşteynlə keçiriləcək oyun üçün təşkil olunan toplanışında iştirak edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6