Azərbaycan millisi pley-off şansını 1 qol fərqi ilə itirib

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Malta millisi UEFA Millətlər Liqasının D Liqasından Avro-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq üçün üstünlük əldə edib. Noyabrın 16-da Cəbəllütariqlə 1:1 hesablı heç-heçə edən Malta, bu nəticə ilə Azərbaycan millisindən irəli keçib.

Hər iki komanda qrup mərhələsini 8 xal və müsbət 2 top fərqi ilə tamamlasa da, Malta 5, Azərbaycan isə 3 qol vurub. “Football Meets Data”nın təhlilinə görə, Azərbaycan millisi Lixtenşteynlə oyunlarda daha bir qol vursaydı, pley-offa vəsiqə qazanan tərəf olacaqdı.

Malta hələ rəsmən pley-offa vəsiqə qazanmayıb. Komandanın bu mərhələyə yüksəlməsi A, B və C Liqalarının qrup qaliblərinin seçmə mərhələdə birbaşa vəsiqə qazanmasından asılıdır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6