Millətlər Liqasında Azərbaycan klublarının oyunçuları qarşılaşıb

Arxiv fotosu; Valdas Damrbrauskas "Orhus"la oyunu şərh etdi
Sabah FK · Arxiv fotosu

UEFA Millətlər Liqasının C Liqasında 5-ci tur çərçivəsində Moldova və Qazaxıstan yığmaları üz-üzə gəlib.

Moldova millisinin heyətində “Kəpəz”dən Viktor Stina və “Turan Tovuz”dan Denis Marandiçi yer alsa da, onlar matçda iştirak etməyib və sona qədər ehtiyatda qalıblar.

Qazaxıstan millisinin qapısını qoruyan “Sabah”ın üzvü Stas Pokatilov isə görüşə start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qarşılaşma Moldova millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 5 turdan sonra Moldova 7 xalla qrupda 2-ci, 2 xalı olan Qazaxıstan isə sonuncu pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6