Qustavo Klisman: “Qış çempionu ola bilərik”

Arxiv fotosu; Qustavo Klisman
PFL · Arxiv fotosu

“Neftçi” Misli Premyer Liqasının XII turunda “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib. Matçda iki qol vuran Qustavo Klisman süni örtüklü meydançada çətinlik çəksələr də, oyuna nəzarət edərək layiq olduqları 3 xalı qazandıqlarını bildirib.

Klisman qış çempionu olmaq hədəfləri ilə bağlı suala cavabında hər oyuna qələbə üçün çıxdıqlarını və istəkləri reallaşacağı təqdirdə buna nail ola biləcəklərini qeyd edib.

Futbolçu “Araz-Naxçıvan”a vurduğu ilk qolun əslində asma olduğunu, lakin topun qapıdan keçdiyini etiraf edib. O, hazırda yalnız komandasının oyunlarına kökləndiyini və növbəti matçlarda da “Neftçi”yə fayda vermək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6