AFFA Azərbaycan millisinə texniki məğlubiyyət veriləcəyi barədə iddiaları təkzib edib

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması səbəbindən milliyə texniki məğlubiyyət veriləcəyi barədə məlumatlar yayılıb.

AFFA-nın açıqlamasına görə, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında dərc olunan oyun protokolunda qeyd olunub.

Qurum bildirib ki, qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı üzrə rəsmi müraciət daxil olmayıb. AFFA bu cür xəbərlərin qurumla dəqiqləşdirilmədən yayımlanmasını tənqid edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6