Azərbaycan yığması UEFA Millətlər Liqasında son oyununa çıxır

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu oyununda Vadutsda Lixtenşteynin qonağı olacaq. Saat 23:45-də başlayacaq qarşılaşmada Ayxan Abbasovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə qrupu lider kimi başa vuracaq.

Hazırda 5 xalla qrup lideri olan Azərbaycan yığması üçün bu matçda qələbə həm də tarixi əhəmiyyət daşıyır. Komanda qalib gələcəyi halda, ilk dəfə bir yarışı məğlubiyyətsiz başa vuracaq.

Baş məşqçi Ayxan Abbasovun bu görüşdə əsas heyətə şans verəcəyi, gənc oyunçuların isə meydana ikinci hissədə daxil olacağı gözlənilir. Rəqib Lixtenşteynin qrupda iddiası olmasa da, komandanın Azərbaycan üzərində qələbə qazanmaq hədəfi var.

Azərbaycan yığması Vadutsda Lixtenşteynlə indiyədək iki dəfə qarşılaşıb. 1998-ci ildəki məğlubiyyətdən sonra, 2009-cu ildə komanda səfərdə qələbə qazanaraq revanş alıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6