İqor Ribeyro cərimələndi: “Neftçi” futbolçusunu bağışlamadı

İqor Ribeyro cərimələndi: "Neftçi" futbolçusunu bağışlamadı

“Neftçi” klubu müdafiəçisi İqor Ribeyronu böyük məbləğdə cərimələyib. Qərar baş məşqçi Yuri Vernidubun raportu əsasında qəbul edilib.

Baş məşqçi futbolçunun “Turan Tovuz”la matçda İbrahima Vadjiyə qarşı kobudluq edərək birbaşa qırmızı vərəqə almasına sərt reaksiya verib. Ukraynalı mütəxəssis oyunçunun hərəkətini yersiz adlandıraraq, bunun nəticəyə birbaşa təsir etdiyini bildirib.

AFFA İntizam Komitəsi İqor Ribeyronu 2 oyunluq cəzalandırıb, “Neftçi” klubu isə 1000 manat cərimə olunub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6