Misli Premyer Liqasında I dövrənin yekunları: Müdafiə və intizam göstəriciləri

Arxiv fotosu; Mərkəzi arenada bol qollu bərabərlik
Qarabağ FK · Arxiv fotosu

Misli Premyer Liqasında birinci dövrə başa çatıb və komandaların arxa xətdəki intizamı turnir cədvəlindəki mövqelərinə təsir edən əsas amillərdən birinə çevrilib.

Müdafiə etibarlılığına görə “Sabah” 6 qol buraxmaqla çempionatın ən çətin keçilən komandasıdır. “Turan Tovuz” və “Qarabağ” hərəyə 8, “Kəpəz” 10, “Neftçi” isə 11 qol buraxıb.

Cari mövsümün ilk 11 turunda ümumilikdə 244 sarı və 6 qırmızı vərəqə qeydə alınıb. İntizam cədvəlində “Araz-Naxçıvan” 26, “Neftçi” 25, “Turan Tovuz” və “İmişli” isə hərəyə 24 sarı vərəqə ilə ön sıralardadır.

Qırmızı vərəqələr üzrə “Neftçi” 2 qovulma ilə antirekordçudur. “Qarabağ”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “İmişli” klublarının hər birinin aktivində isə 1 qırmızı vərəqə var.

Fərdi göstəricilərdə “Araz-Naxçıvan”ın oyunçusu Mamadu Kane 6 sarı vərəqə ilə ən çox cəzalandırılan futbolçudur. Mövqe baxımından ən çox sarı vərəqəni 104 dəfə olmaqla müdafiəçilər alıblar.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6