“Marafon” Azərbaycan Kubokunda 1/8 finala yüksələn ilk II Liqa təmsilçisi oldu

“Marafon”dan ilk
PFL

“Marafon” Azərbaycan Kubokunun 2026/27 mövsümündə 1/8 finala yüksələn ilk II Liqa təmsilçisi kimi tarixə düşüb. Sabirabad klubu turnirin debütantı olaraq ilk iki təsnifat mərhələsini uğurla adlayıb.

Sabirabad təmsilçisi təsnifat mərhələlərində “Dinamo”nu 3:0, I Liqa klubu “Zaqatala”nı isə 1:0 hesabı ilə məğlub edib. 2023/24 mövsümündən etibarən tətbiq olunan hazırkı formatda, bundan əvvəl II Liqa klublarının iştirakı ilə keçirilən 25 dueldə 1/8 finala vəsiqəni yalnız daha yüksək dəstə təmsilçiləri qazana bilmişdi.

“Marafon” 1/8 final mərhələsində “Araz-Naxçıvan”ın qonağı olacaq. Görüş dekabrın 1-i və ya 2-də baş tutacaq.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6