Misli Premyer Liqasında 9-cu turun nəticələri və turnir cədvəli

Arxiv fotosu; Mövsümə heç-heçə ilə
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə Yeton Bekirinin yeni klubunda ilk 3 xalı olub.

“Zirə” öz meydanında “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edərək 5 oyunluq qələbə həsrətinə son qoyub. “Kəpəz” isə səfərdə “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib. Gəncəlilər son 5 turda məğlubiyyətlə üzləşməyib.

“Neftçi” və “Turan Tovuz” arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. “Ağ-qaralar”ın heyətində İqor Ribeyro 30-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

“İmişli” Yevlaxda “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. “Sabah” və “Qarabağ” arasında Mərdəkanda keçirilən mərkəzi qarşılaşma isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Turnir cədvəlinə 20 xalla “Sabah” başçılıq edir. “Neftçi” 18 xalla ikinci, “Qarabağ” isə eyni xalla üçüncü pillədə qərarlaşıb. Bombardirlər siyahısına 8 qolla Breno Almeyda (“Neftçi”) liderlik edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6