Du Keyroş “Sabah”a keçidinin səbəblərini açıqlayıb

Arxiv fotosu; Sabah FK rəsmi xəbər fotosu
Sabah FK · Arxiv fotosu

“Sabah”ın braziliyalı yarımmüdafiəçisi Du Keyroş Azərbaycan klubuna keçidi ilə bağlı ölkəsinin mətbuatına müsahibə verib. Rusiya “Zenit”indən icarəyə götürülən 26 yaşlı oyunçu təklif alarkən komanda barədə məlumatının olmadığını bildirib.

Du Keyroşun sözlərinə görə, bu qərarın əsas səbəbi Çempionlar Liqasında çıxış etmək fürsəti olub. O, böyük komandalarla qarşılaşmağın onun üçün xəyal olduğunu qeyd edib.

Futbolçu keçidində maliyyə məsələlərinin deyil, klub rəhbərliyi və baş məşqçi ilə aparılan danışıqların, həmçinin infrastrukturun rol oynadığını vurğulayıb. O, klubun onu heyətində görmək istəyini və karyerası ilə maraqlandığını hiss etdiyini əlavə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6