Şamaxı – Turan Tovuz oyununda Emin Əliyevin qərarı müzakirələrə səbəb olub

Premyer Liqanın 12-ci turunda keçirilən “Şamaxı” – “Turan Tovuz” matçında baş hakim Emin Əliyevin verdiyi qərar etiraz doğurub.

Görüşün 7-ci dəqiqəsində “Turan Tovuz”un hücumçusu Jo Batista rəqibinə qarşı kobud oynayıb, lakin hakim ona sarı vərəqə belə göstərməyib.

Epizod zamanı “Şamaxı”nın mərkəz müdafiəçisi Emil Rüstəmov xəsarət alıb.

Yayılan fotolarda Emil Rüstəmovun aldığı xəsarətin miqyası və zərbənin şiddəti əks olunub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6