Azər Bağırov: “Hakim də, digərləri də səhv qərar verə bilər”

Arxiv fotosu; Azər Bağırov
Arxiv fotosu

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib. Mütəxəssis bildirib ki, komandası birinci hissədə yaxşı mübarizə aparsa da, ikinci yarıda psixoloji tarazlıq pozulub və oyun üslubunda axsamalar yaranıb.

Azər Bağırov hakimliklə bağlı sualı cavablandırarkən Emin Əliyevin gənc hakim olduğunu və hər kəsin səhv edə biləcəyini qeyd edib. O, hakimlik barədə danışmaq istəmədiyini vurğulayıb.

Baş məşqçi Ayman Bualinin fasilədə əvəzlənməsinin zədə ilə bağlı olmadığını, futbolçunun gözlənilən oyunu göstərə bilmədiyi üçün dəyişdirildiyini açıqlayıb. O, həmçinin gənc futbolçu Hacıəli Şirəliyevin debüt etməsindən məmnunluğunu ifadə edib.

Bağırov fasilədə Yunis Hüseynovla yaşanan müzakirəyə də aydınlıq gətirib. Məşqçinin sözlərinə görə, Hüseynov onun azarkeşləri qızışdırdığını düşünərək irad bildirib, lakin məsələ bununla yekunlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6