Ayxan Abbasov: “Futbolçular ideal formadadı”

Arxiv fotosu; Ayxan Abbasov
Arxiv fotosu

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə keçiriləcək matçdan əvvəl mətbuat konfransında komandasının qrup lideri olmaq üçün qələbə qazanmalı olduğunu bildirib. Baş məşqçi futbolçuların ideal formada olduğunu və oyuna hazır olduqlarını qeyd edib.

Ayxan Abbasov sosial mediadakı təzyiqlərə baxmayaraq, komandanın oyuna kökləndiyini və kənar müdaxilələrə fikir verməməyə çalışdıqlarını vurğulayıb.

Lorenzo Mezzoteronun millidə çıxış etmək istəyinə toxunan baş məşqçi, futbolçunun klubunun onun zədəli olduğunu bildirdiyini və buna inandıqlarını deyib. Abbasovun sözlərinə görə, Mezzotero yaxşı formada olarsa, gələcəkdə yenidən dəvət ala bilər.

Baş məşqçi qarşıdakı iki oyunu nəzərə alaraq geniş heyət seçdiklərini və futbolçuların fiziki durumunda problem olmadığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6