Qurban Qurbanovun Mateus Silva və Marko Yankoviçlə bağlı qərarı gözlənilir

Arxiv fotosu; Qurban Qurbanov
Qarabağ FK · Arxiv fotosu

Misli premyer-liqasının 10-cu turunda “Qəbələ” ilə matçın birinci hissəsinin sonunda “Qarabağ”ın futbolçuları Mateus Silva və Marko Yankoviç arasında mübahisə yaşanıb. Komanda yoldaşlarının müdaxiləsi ilə gərginliyin böyüməsinin qarşısı alınıb.

Baş məşqçi Qurban Qurbanov hər iki futbolçunun cəzalandırılacağını açıqlayıb. Futbolçuların ötən il “Napoli” ilə oyunda da dalaşdıqları qeyd olunur.

Hazırda oyunçuların əvəzedici heyətə göndərilməsi gündəmdə deyil, çünki onların komandaya uyğunlaşma prosesində vacib rolu var. Qurbanovun onları əsas heyətdə saxlamaqla yanaşı, cərimə tətbiq edəcəyi və oyun vaxtlarını azaldacağı ehtimal olunur.

Bununla belə, çalışdırıcının keçmişdə Elvin Cəfərquliyev və Abbas Hüseynovu əsas komandadan uzaqlaşdırdığını nəzərə alsaq, Silva və Yankoviçin də komandadan qovulması ehtimalı istisna edilmir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6