Misli Premyer Liqasında cari vəziyyət: “Sabah” və “Qarabağ”da durğunluq, “Neftçi” və “Turan Tovuz”da yüksəliş

Arxiv fotosu; Tarixi stadionumuzun yubileyi ilə əlaqədar yoldaşlıq oyunu
Neftçi PFK · Arxiv fotosu

Son çempion “Sabah” Misli Premyer Liqasında ardıcıl üçüncü oyundur ki, xal itirir. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda “Şamaxı” ilə heç-heçədən sonra mövsümdə ilk dəfə qələbəsizlik seriyası ilə üzləşib və 21 xalla ikinci pillədə qərarlaşıb.

“Qarabağ” komandası da uğursuz nəticələr göstərir. Qurban Qurbanovun yetirmələri son 4 oyunda qələbə qazana bilməyib, üstəlik son üç matçda rəqib qapısına yol tapa bilməyib. Hazırda 19 xalı olan komanda turnir cədvəlinin 4-cü pilləsindədir.

“Neftçi” mövsümün ilk dövrəsini lider kimi başa vurub. “Ağ-qaralar” cari mövsümdə yalnız “Zirə”yə məğlub olub, digər əsas rəqibləri ilə isə heç-heçə edib.

Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” çempionluq mübarizəsinə qoşulub. Tovuz təmsilçisi “Sabah” və “Qarabağ”a mövsümdə ilk məğlubiyyətlərini yaşadıb, lider “Neftçi” ilə isə xalları bölüşüb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6