Azərbaycan millisinin heyətində Lixtenşteynlə oyun öncəsi dəyişiklik

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Azərbaycan milli komandasının Lixtenşteynlə keçiriləcək matç üçün heyətində dəyişiklik edilib.

Anton Krivotsyuk çənə nahiyəsindəki iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynlə qarşılaşacaq. “Reynpark” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6