Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteynlə qarşılaşacaq

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində sabah səfərdə Lixtenşteynin qonağı olacaq. Görüş saat 23:45-də başlayacaq.

İndiyədək keçirilən 6 qarşılaşmada Azərbaycan 3 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Lixtenşteynin yeganə qələbəsi 1998-ci ildə Avropa çempionatı seçmə mərhələsində qeydə alınıb. Komandalar arasında ötən ay Bakıda keçirilən sonuncu matç qolsuz bərabərliklə başa çatıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda hazırda 5 xalla D Liqasının 2-ci qrupunda liderdir. Azərbaycan yığması bu matçda qələbə qazanarsa, qrupu 8 xalla birinci pillədə başa vuracaq.

Qrupda Litvanın 4, Lixtenşteynin isə 1 xalı var. Azərbaycan yığması cari tsiklda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və hələ məğlubiyyətlə üzləşməyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6