“Araz-Naxçıvan”dan son 4 mövsümün antirekordu

Arxiv fotosu; Komandamız məğlub olub
Araz-Naxçıvan PFK · Arxiv fotosu

“Araz-Naxçıvan” Misli Premyer Liqasının ilk dövrəsini qələbəsiz başa vurub. Komanda keçirdiyi 11 matçda 4 heç-heçə edib və 7 dəfə məğlub olub.

PFL-in məlumatına görə, son 4 mövsümdə ilk dəfədir ki, bir komanda çempionatın startında ardıcıl 11 görüşdə qələbə qazana bilmir.

Oxşar göstərici sonuncu dəfə 2022/23 mövsümündə qeydə alınıb. Həmin vaxt “Sumqayıt” və “Şamaxı” ilk 11 turda qələbə qazana bilməmişdi və hər iki komanda 11 matçda 4 xal toplamışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6