AFFA-ya Lorentso Mezzotero ilə bağlı tibbi rəy təqdim edilməyib

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Lorentso Mezzotero zədələndiyi üçün Azərbaycan milli komandasının heyətindən çıxarılıb və onun əvəzinə Ağadadaş Salyanski dəvət olunub.

AFFA-nın mətbuat katibi Aida Əliyevanın sözlərinə görə, “Sampdoriya” quruma yalnız futbolçunun zədələnməsi barədə rəsmi məktub göndərib, lakin tibbi müayinənin nəticələri hələ də təqdim olunmayıb.

İtaliya mətbuatında futbolçunun zədəsinin ciddi olmadığı və onun milli komandaların oyunları ilə bağlı fasilədə məşqlərə qoşulacağı barədə məlumatlar yayılıb. Bu vəziyyət mediada Mezzoteronun zədəni imitasiya etməsi və gələcəkdə İtaliya yığmasını seçə biləcəyi ilə bağlı iddialara səbəb olub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6