Misli Premyer Liqasında 12-ci turun növbəti oyunları keçirilib

Arxiv fotosu; Misli Premyer Liqasının III turu rəqəmlərin gözü ilə
PFL · Arxiv fotosu

Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən matçda “Turan Tovuz” səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. Tovuz təmsilçisinin qollarını 34-cü dəqiqədə Joarlem Santos və 88-ci dəqiqədə İbrahima Vadji vurub. Görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Günün digər qarşılaşmasında “Qəbələ” səfərdə “Şəfa” ilə qarşılaşıb. “SOCAR Polymer Arena”da keçirilən oyunda qonaqlar 2:0 hesablı qələbə qazanıb. Qolları 59-cu dəqiqədə Şahin Şahniyarov və 90+2-ci dəqiqədə Meşak Uboçioma vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6