“Araz-Naxçıvan” Şarl Boli ilə yollarını ayırmaq istəyir

“Araz-Naxçıvan” Şarl Boli ilə yollarını ayırmaq istəyir

“Araz-Naxçıvan” qış fasiləsində yarımmüdafiəçi Şarl Boli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyi planlaşdırır. Klub rəhbərliyi 28 yaşlı legionerin yüksək maaş almasını nəzərə alaraq, onunla yollarını ayırmaq niyyətindədir.

Şarl Boli və Patrik Andrade klubun ən çox maaş alan futbolçularıdır və hər biri aylıq 35 min dollar qazanır. Bu məbləğ komandanın ümumi maaş büdcəsinin təxminən yarısını təşkil edir.

Yayda komandadan ayrılmaq istəməyən futbolçunun qalmasına hazırda baş məşqçi Yuri Maksimov da razı deyil. Ukraynalı mütəxəssis Bolinin komandaya fayda vermədiyini və sadəcə gün keçirdiyini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6