Azərbaycan millisinin yeni kapitanı kim olacaq?

Emin Mahmudovun Andorra ilə oyundan sonra milli karyerasını bitirməsi Azərbaycan millisi üçün yeni lider axtarışını gündəmə gətirib.

Namizədlər arasında Bədavi Hüseynov təcrübəsi ilə seçilsə də, 35 yaşlı müdafiəçinin karyerasının son mərhələsində olması uzunmüddətli seçim üçün maneə kimi görünür. Emil Balayevin qapıçı olması isə meydanın mərkəzində operativ idarəetmə baxımından çətinlik yaradır.

Rahil Məmmədov, Aleksey İsayev, Qismət Alıyev və Anton Krivotsyuk kimi oyunçular namizəd kimi nəzərdən keçirilsə də, onların kapitanlıq üçün mübahisəsiz namizəd olduqlarını söyləmək çətindir. Toral Bayramov gələcək üçün potensiallı olsa da, emosiyalarını idarə etmək mövzusunda inkişafa ehtiyac duyur.

Mahir Emreli meydandakı mübarizə əzmi, topu itirdikdə geri qayıtması və Avropa təcrübəsi ilə kapitanlıq üçün ən real namizəd kimi önə çıxır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6