“Şamaxı” Azərbaycan çempionatında yubiley heç-heçəsinə imza atıb

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

“Şamaxı” klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsini rəsmiləşdirib. Bu yubiley nəticə Misli Premyer Liqasının XI turunda “Sabah”la səfərdə 2:2 hesablı bərabərliklə qeydə alınıb.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları ilə çıxış edən komanda 737-ci matçında bu göstəriciyə çatıb. Klubun heç-heçələrinin 93-ü ev, 107-si isə səfər oyunlarına təsadüf edir.

Şamaxı təmsilçisi “Neftçi” və “Qarabağ”dan sonra ölkə çempionatında 200 və daha çox heç-heçə edən 3-cü komanda olub. Komanda ilk heç-heçəsini 1999-cu il dekabrın 5-də “Turan”la oyunda qeydə alıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6