Emil Balayev Azərbaycan yığmasında 20-ci oyununa çıxıb

Azərbaycan yığmasının qapıçısı Emil Balayev UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynlə keçirilən matçda yubileyini qeyd edib. 32 yaşlı qolkiper bu görüşlə milli komandada keçirdiyi oyunların sayını 20-yə çatdırıb.

Balayev yığmada 20 oyun həddinə çatan 88-ci futbolçu olub və bu göstərici ilə Bəxtiyar Musayev və Xaqani Məmmədova bərabərləşib.

Qapıçı millidə debütünü 2019-cu ildə Xorvatiya ilə matçda edib. O, indiyədək çıxdığı 20 qarşılaşmada qapısında 27 qol görüb.

Vadutsda baş tutan son oyunda Azərbaycan yığması Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6