Ervins Perkons: “Minimum 1 xal qazanmağa layiq idik”

Arxiv fotosu; Ervins Perkons
Arxiv fotosu

Misli premyer-liqasının 12-ci turunda “İmişli” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. “İmişli”nin məşqçisi Ervins Perkons oyunun iki fərqli hissədən ibarət olduğunu bildirib.

Perkons ilk yarıda hücumda təzyiq göstərə bilmədiklərini, fiziki tapşırıqların yerinə yetirilmədiyini və taktiki səhvlərə yol verildiyini qeyd edib. Məşqçi ikinci hissədə taktiki düzülüşün dəyişdirilməsi və əvəzetmələr sayəsində oyunun gücləndiyini vurğulayıb.

Hesabda geridə olmalarına baxmayaraq ruhdan düşmədiklərini deyən Perkons, 1 xalın oyunun gedişatına görə pis nəticə olmadığını, lakin məqsədlərinin 3 xal olduğunu bildirib.

Milli komandaya oyunçusu çağırılmayan yeganə klub olmaları ilə bağlı sualı cavablandıran Perkons, heyətdəki yerli futbolçuların yığmaya namizəd olduğunu və potensial daşıdıqlarını qeyd edib. O, futbolçularına milliyə dəvət almamağı motivasiya kimi istifadə edərək, hər oyunda sabit və əzmli çıxış etməli olduqlarını dediyini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6