Nihad Əhmədzadə: “Andorra ilə matçda layiqli qələbə qazandıq”

Nihad Əhmədzadə: “Andorra ilə matçda layiqli qələbə qazandıq”

Azərbaycan yığmasının futbolçusu Nihad Əhmədzadə Andorra ilə yoldaşlıq görüşündə qazanılan 3:1 hesablı qələbəni şərh edib. O, komanda olaraq matça yaxşı hazırlaşdıqlarını və nəticənin layiqli olduğunu bildirib.

Öz mövqeyi ilə bağlı sualı cavablandıran Əhmədzadə, baş məşqçilər Ayxan Abbasov və Kandido onu hansı mövqedə oynatsa, orada çıxış etməyə çalışdığını qeyd edib. Futbolçu Andorra ilə oyunda vinger kimi çıxış etdiyini və öz performansını pis qiymətləndirmədiyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6