Mahir Emreli Andorra ilə matçdan və karyerasından danışıb

Arxiv fotosu; Mahir Emreli
Arxiv fotosu

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Andorraya qarşı keçirilən yoldaşlıq görüşündən sonra açıqlama verib. O, erkən qolun komandaya kömək etdiyini və gənc oyunçuların yaxşı mübarizə apardığını bildirib.

Emreli “Rakuv”dakı çıxışını dəyərləndirərək, yeni baş məşqçinin sisteminin komandaya uyğun olduğunu və oyun praktikası qazandığı üçün özünəinamının artdığını qeyd edib.

Futbolçu “Kayzerslautern”dəki uğursuz dövrdən sonra Azərbaycana qayıtmaq istəmədiyini bildirib. O, gələcək qərarlarında hansı variantın daha faydalı olacağını düşündüyünü və hazırda “Rakuv”da heyətdəki yerini möhkəmləndirməyə çalışdığını vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6