Rəhman Daşdəmirovun Türkiyəyə transferi gözlənilmir

Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirovun karyerasını Türkiyədə davam etdirməsi real görünmür.

Türkiyə mətbuatında futbolçunun “Kocaelispor”a keçəcəyi ilə bağlı iddialar yayılsa da, Superliqa təmsilçisinin oyunçu ilə bağlı planı yoxdur.

Klub qış fasiləsində müdafiə xəttini gücləndirməyi düşünmür, mövsümün sonu üçün isə transfer planları hələ hazır deyil.

Rəhman Daşdəmirovun “Sabah”la olan müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6