Musa Qurbanlı: “Qarabağ”ın hədəfləri dəyişməyib

Musa Qurbanlı: “Xal itkiləri işimizi çətinləşdirib, amma hədəfimiz dəyişməyib” - VİDEO

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XI turunda “Turan Tovuz”a məğlub olduqları (0:1) oyunu şərh edib. Qurbanlı qələbə qazanmaq niyyətində olduqlarını, lakin rəqibin son dövrlərdəki yaxşı forması səbəbindən çətin oyun gözlədiklərini bildirib.

Komandanın üç oyundur qol vura bilməməsinə münasibət bildirən hücumçu, bunun dəqiq səbəbini deyə bilməyəcəyini, lakin nələrsə çatışmadığını qeyd edib. O, məşqçilərin oyunları analiz etdiyini və növbəti matçlarda fərqlənəcəklərinə inandığını vurğulayıb.

Musa Qurbanlı çempionatda iddialı komandaların sayının artdığını və rəqiblərin güclü olduğunu qeyd edib. Xal itkiləri ilə işlərini çətinləşdirmələrinə baxmayaraq, çempionluq hədəfindən əl çəkməyəcəklərini və sonuna qədər mübarizə aparacaqlarını bildirib.

Növbəti turda “Kəpəz”lə qarşılaşacaqlarını xatırladan futbolçu, məqsədlərinin qələbə olduğunu və növbəti oyunlarda istəklərinə çatacaqlarına inandığını ifadə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6