Alen Şkribek: “Araz-Naxçıvan”ın sonuncu pillədə olması bizi aldatmamalıdır”

Arxiv fotosu; Alen Şkribek
Neftçi PFK · Arxiv fotosu

Turnir cədvəlinə 24 xalla liderlik edən “Neftçi” növbəti turda Şamaxıda “Araz-Naxçıvan”ın qonağı olacaq. Komandalar arasında ilk dövrədəki matç “ağ-qaralar”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin yarımmüdafiəçisi Alen Şkribek rəqibin turnir cədvəlindəki sonuncu mövqeyinin onları aldatmamalı olduğunu bildirib. O, “Araz-Naxçıvan”ı güclü rəqib adlandıraraq, heyətlərində keyfiyyətli futbolçuların yer aldığını qeyd edib.

Şkribek matçın süni örtüklü meydanda keçirilməsinin çətinlik yaratdığını etiraf etsə də, bunun bəhanə olmamalı olduğunu vurğulayıb. Futbolçu 90 dəqiqə ərzində qələbə üçün əllərindən gələni edəcəklərini bildirib.

Noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” görüşü saat 14:30-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6