“Kəpəz” – “Baku Sportinq” matçı tamaşaçı sayına görə rekord qırıb

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
PFL

Azərbaycan kubokunun II təsnifat mərhələsi çərçivəsində Gəncədə keçirilən “Kəpəz” – “Baku Sportinq” qarşılaşması (3:1) 5000 tamaşaçı tərəfindən izlənilib. Peşəkar Futbol Liqasının məlumatına görə, bu göstərici turnirin hazırkı formatda keçirildiyi son 4 mövsüm üçün təsnifat mərhələlərində qeydə alınan yeni rekorddur.

Gəncədə qeydə alınan bu nəticə əvvəlki rekordu 3,33 dəfə üstələyib. Peşəkar Futbol Liqasının məlumatına görə, bundan əvvəlki ən yüksək göstərici 2023/24 mövsümündə II təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” (5:1) və 2024/25 mövsümündə I təsnifat mərhələsinin “Şəki” – “Şəmkir” (0:1) oyunlarında 1500 tamaşaçı ilə qeydə alınmışdı.

II təsnifat mərhələsinin 12 oyununda ümumilikdə 6830 tamaşaçı iştirak edib ki, bu da mərhələ üçün rekord sayılır. I təsnifat mərhələsinin 6 oyunundakı 780 izləyicini də əlavə etdikdə, ilk iki raundu ümumilikdə 7610 tamaşaçı izləyib. Bu rəqəm son 4 mövsümün ən yüksək göstəricisi kimi qeydə alınıb.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6