“Sampdoriya” Lorenzo Mezzoteronun zədəsi ilə bağlı AFFA-ya məlumat verib

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

AFFA İtaliyanın “Sampdoriya” klubuna müraciət edərək, Azərbaycan millisinə çağrılan Lorenzo Mezzoteronun zədəsinin ciddiliyini araşdırmaq üçün müayinə nəticələrini istəyib. İtaliya təmsilçisi rentgen nümunələrini Bakıya göndərib.

18 yaşlı hücumçunun B Seriyasının son turunda “Karrareze” ilə oyunda sağ ayağının topuq nahiyəsindən xəsarət aldığı təsdiqlənib. Futbolçu yaxın vaxtlarda təkrar müayinədən keçəcək.

“Sampdoriya”da zədənin ciddi olmadığı ehtimal edilir. Buna baxmayaraq, zədə səbəbindən Mezzoteronun Azərbaycan millisinin heyətində debüt etməsi təxirə düşüb və onun əvəzinə Ağadadaş Salyanski yığmaya dəvət olunub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6