“İmişli” yerli futbolçulara ən çox şans verən klub olsa da, milliyə oyunçu göndərməyib

“İmişli” yerli futbolçulara ən çox şans verən klub olsa da, milliyə oyunçu göndərməyib

Premyer Liqanın geridə qalan 11 turunda ən çox yerli futbolçuya şans verən klub “İmişli”dir. Komanda əksər hallarda əsas heyətdə 6 azərbaycanlı oyunçu ilə meydana çıxır.

Milli komandanın son heyətinə Premyer Liqanın 12 klubundan 11-nin futbolçusu dəvət edilsə də, “İmişli” yeganə istisna olub. Heyətində Bəxtiyar Həsənalızadə, Azər Salahlı, Yusif İmanov, İdris İnqilablı və Fərid Nəbiyev kimi oyunçular olan klubdan heç kimin milliyə çağırılmaması suallar yaradır.

“İmişli” birinci dövrəni 8-ci pillədə başa vuraraq legionerlərə daha çox güvənən rəqibləri ilə mübarizədə yerli futbolçuların hesabına nəticə qazanmağı bacarıb. Klubun bu strategiyası nəticələr üzərindən özünü doğruldur.

Futbolçuların göstərdikləri performansa baxmayaraq milli komandadan kənarda qalması onların motivasiyasına və klubun gələcək strategiyasına mənfi təsir göstərə bilər.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6