Seyxan Fərəcov: “Milliyə dəvət almaq özümdən asılıdır”

Seyxan Fərəcov: “Milliyə dəvət almaq özümdən asılıdır”

“İmişli”nin hücumçusu Seyxan Fərəcov “Kəpəz”lə keçirilən çətin oyundan sonra fikirlərini bölüşüb. Fərəcov Gəncədəki atmosferi yüksək qiymətləndirərək, stadionlarda azarkeş dəstəyinin Azərbaycan futbolunun inkişafına töhfə verəcəyini qeyd edib. Oyunun nəticəsinə gəldikdə isə, hücumçu komandasının qələbə üçün əlindən gələni etdiyini, lakin sonda məğlub olduqlarını bildirib.

Seyxan Fərəcov Azərbaycan millisinə dəvət alması ilə bağlı məsələyə toxunaraq, bunun öz işindən asılı olduğunu vurğulayıb. O, milli komandanın məşqçilər korpusu ilə hər hansı danışığının olmadığını bildirib: “Mən öz üzərimdə işləyirəm. İnşallah, millinin baş məşqçisi məsləhət bilsə, dəvət edər. Əgər dəvət almasam, deməli, daha çox çalışmalı, daha çox qol vurmalıyam. Milliyə çağırılmaq özümdən asılıdır”.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6