“Qəbələ” – “Qarabağ” matçının hakimləri müəyyənləşib

Arxiv fotosu; Mərkəzi arenada bol qollu bərabərlik
Qarabağ FK · Arxiv fotosu

Misli Premyer Liqasının X turunda baş tutacaq “Qəbələ” – “Qarabağ” matçını Rəvan Həmzəzadə idarə edəcək. Görüş oktyabrın 31-də Qəbələ şəhər stadionunda saat 17:30-da başlayacaq.

Baş hakimə Şirmamed Mamedov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nazim Abdullayev yerinə yetirəcək. VAR sistemində Cavid Cəlilov, AVAR qismində isə Kamran Bayramov çalışacaq.

Matçın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi isə Elçin Mehtiyev təyin olunub.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6