“Erzurumspor” Nəriman Axundzadə ilə yollarını ayıra bilər

Arxiv fotosu; Nəriman Axundzadə
Arxiv fotosu

Nəriman Axundzadənin Azərbaycan millisinin heyətinə çağırılmaması Türkiyə mətbuatında müzakirə mövzusuna çevrilib. Yerli KİV bunu 22 yaşlı hücumçunun “Erzurumspor”dakı zəif çıxışı və formada olmaması ilə əlaqələndirir.

İcarə əsasında çıxış etdiyi komandada bu mövsüm cəmi 55 dəqiqə meydanda olan futbolçunun gələcəyi qeyri-müəyyəndir. “Erzurumspor” rəhbərliyinin oyunçudan razı olmadığı bildirilir.

Tərəflərin qış fasiləsində qarşılıqlı razılıqla yollarını ayırması istisna edilmir. Müqavilə ilə “Kolambus Kryu”ya məxsus olan Axundzadənin milliyə qayıtmaq üçün komandasını dəyişməsi mümkündür.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6