Dörd futbolçu Azərbaycan millisinin heyətində debüt edib

Dörd futbolçu Azərbaycan millisinin heyətində debüt edib

Andorra ilə keçirilən yoldaşlıq görüşü Azərbaycan millisinin dörd üzvü üçün debütlə yadda qalıb.

Eşqin Əhmədov və Murad Məmmədov oyuna start heyətində başlayıb, Ağadadaş Salyanski ilə Nihad Əhmədzadə isə meydana sonradan daxil olublar.

Eşqin Əhmədov matçın 2-ci dəqiqəsində qol vuraraq millidəki ilk oyununda fərqlənməyi bacarıb.

Bu debütlərlə Azərbaycan millisinin formasını geyinən futbolçuların ümumi sayı 300-ə çatıb.

Səfərdə baş tutan qarşılaşma Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6