Aslan Kərimov: Andorra ilə matçda əsas məqsəd oyunçuları sınamaqdır

Arxiv fotosu; Aslan Kərimov
Arxiv fotosu

Azərbaycan yığması bu gün yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.

Veteran futbolçu Aslan Kərimovun sözlərinə görə, komanda matçda dominant olmalı və Lixtenşteynlə oyundakı kimi rəqibin əks-hücumlarına qarşı müdafiədə diqqətli davranmalıdır.

Kərimov bildirib ki, qələbə vacib olsa da, baş məşqçi Ayxan Abbasovun heyətdə edəcəyi dəyişikliklərlə az şans qazanan futbolçuları yoxlamaq əsas məqsədlərdən biridir.

Veteran futbolçu Lixtenşteynlə matçdan fərqli olaraq, Andorra ilə görüşdə oyunçuların daha sərbəst çıxış edəcəyini gözləyir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6