Əvəzedicilər Liqasında “Neftçi-2” “Turan Tovuz-2” üzərində qələbə qazanıb

Əvəzedicilərimiz “Turan Tovuz”a böyük hesabla qalib gəldilər
Neftçi PFK

Əvəzedicilər Liqasının 9-cu turu çərçivəsində “Neftçi-2” öz meydanında “Turan Tovuz-2” komandası ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə “Neftçi-2”nin qollarını Adama Diarra, Məhəmməd Məmmədli, Tunar Mehdiyev və Nicat Məhərrəmov vurublar. “Turan Tovuz-2”nin yeganə qoluna isə İsmayıl İsmayılov penaltidən imza atıb.

9-cu turun digər oyunları noyabrın 7-si və 8-də keçiriləcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6