Misli Premyer Liqasının X turunda “Qəbələ” və “Qarabağ” qarşılaşacaq

Arxiv fotosu; Respublika stadionunda 5 qol
Qarabağ FK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasının X turu çərçivəsində “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Görüş oktyabrın 31-də Qəbələ şəhər stadionunda baş tutacaq və saat 17:30-da start götürəcək.

Turnir cədvəlində “Qarabağ” 18 xalla 3-cü, “Qəbələ” isə 7 xalla 10-cu pillədə qərarlaşıb. “Qarabağ” cari mövsümdə məğlubiyyətlə üzləşməyən yeganə komandadır. “Qəbələ” isə ötən həftə yeni baş məşqçisi Yeton Beqirinin rəhbərliyi altında ilk qələbəsini əldə edib.

Matçı Rəvan Həmzəzadə idarə edəcək. Ona yan xətt hakimləri Şirmamed Mamedov və Teymur Teymurov, həmçinin dördüncü hakim Nazim Abdullayev köməklik göstərəcək. VAR sistemində Cavid Cəlilov, AVAR qismində isə Kamran Bayramov çalışacaq. Oyunun hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi isə Elçin Mehtiyevdir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6