Mahmud Sadıqov: “Araz-Naxçıvan”ın Çempionlar Liqasından kənarlaşmasına təcrübəsizlik səbəb olub

İdman xəbərləri

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda Macarıstanın “Uypeşt” klubuna 5:4 hesabı ilə qalib gəlsə də, Bosniya və Herseqovinanın “Buba Mara” (3:5) və Polşanın “Piast” (0:5) kollektivlərinə uduzaraq qrupu 3 xalla başa vurub və mübarizəni dayandırıb.

“Araz-Naxçıvan”ın prezidenti Mahmud Sadıqov bildirib ki, komandanın turnirdəki nəticələrinə heyətin təcrübəsizliyi və rəqiblərin gücü təsir edib. O, komandanın yalnız yerli oyunçulardan təşkil olunduğunu və heyətdə ciddi dəyişikliklər edildiyini qeyd edib.

Mahmud Sadıqov oyunçuların nümayiş etdirdiyi əzmkarlıqdan razı qaldığını vurğulayıb: “İki məşqdən sonra çıxdığımız ilk matçda qalib gəlsək də, digər görüşlərdə həm gücümüz çatmadı, həm də beynəlxalq təcrübəsi olmayan oyunçularımızın təcrübəsizliyi sözünü dedi. Çətinliklə qol vurduğumuz halda, təcrübəsizlikdən rəqibə hədiyyə etdiyimiz asan qollar buraxdıq. İnanıram ki, bu komanda Azərbaycan çempionatında daha yaxşı çıxış edəcək”.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6