Rövşən Nəcəf Azərbaycan milli komandasını təbrik edib

Rövşən Nəcəf Azərbaycan milli komandasını təbrik edib

AFFA prezidenti Rövşən Nəcəf UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn üzərində qələbə qazanan Azərbaycan milli komandasını təbrik edib.

Rövşən Nəcəf sosial şəbəkə hesabında etdiyi paylaşımda milli komandanın Lixtenşteynə qarşı səfər qələbəsi ilə D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdiyini bildirib.

Lixtenşteyn və Azərbaycan komandaları arasında keçirilən oyun 1:0 hesabı ilə Azərbaycanın xeyrinə başa çatıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6