Samir Abasov: “Ümidimiz Lixtenşteynlə görüşə qalıb”

Samir Abasov: “Ümidimiz Lixtenşteynlə görüşə qalıb”

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynlə keçirəcəyi oyundan yalnız qələbə gözlədiyini bildirib. Mütəxəssis qeyd edib ki, qələbə qazanılmayacağı təqdirdə milli komanda və futbol haqqında danışmağa ehtiyac qalmayacaq.

Abasovun sözlərinə görə, uğursuzluq halında məsuliyyəti yalnız baş məşqçi Ayxan Abbasovun üzərinə atmaq düzgün deyil və futbolçular da vəziyyəti dərk etməlidirlər. O, Ayxan Abbasovun şans verdiyi oyunçuların bu imkandan maksimum yararlanaraq milliyə layiq olduqlarını sübut etməli olduqlarını vurğulayıb.

Lixtenşteyn və Azərbaycan komandaları arasında Vaduts şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6