“Şəfa” və “Araz-Naxçıvan” heç-heçə etdi

Arxiv fotosu; Növbəti oyun keçirilib
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Şəfa” və “Araz-Naxçıvan” komandaları qarşılaşıb. Sumqayıtda keçirilən oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

Matçda qolları “Şəfa”dan Bafode Dansoko və Arsen Ağcabəyov, “Araz-Naxçıvan”dan isə Ağadadaş Salyanski və Məhəmməd Mara vurublar.

Görüşü Əliyar Ağayev idarə edib. Oyun zamanı hər iki komandanın bir neçə futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6