Azərbaycan yığması Andorranı məğlub edib

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi səfərdə Andorra ilə yoxlama oyununda 3:1 hesabı ilə qələbə qazanıb. Enkampdakı FAF stadionunda keçirilən görüş 2026-cı ildə komandanın sonuncu matçı olub.

Azərbaycanın qollarını Eşqin Əhmədov, Musa Qurbanlı və penaltidən Toral Bayramov vurub. Meydan sahiblərinin heyətində isə Riçard Fernandes Kuko fərqlənib.

Bu qarşılaşma millinin kapitanı Emin Mahmudov üçün karyerasında vida matçı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi ikinci hissədə əvəzlənərək milli komandadakı çıxışını başa vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6