Fərid Qayıbov: Xankəndi Şəhər Stadionunda avrokubok matçları keçirilə bilər

Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi Şəhər Stadionunda gələcəkdə Azərbaycan milli komandasının oyunlarının keçirilməsinin mümkünlüyünü bildirib. Nazir qeyd edib ki, stadion beynəlxalq standartlara uyğun qurulub və UEFA kateqoriyası almağa hazırdır.

Fərid Qayıbovun sözlərinə görə, UEFA-dan müvafiq lisenziya alındıqdan sonra stadionda təkcə aşağı yaş qrupları və A milli komanda deyil, həm də avrokubok matçları təşkil oluna bilər.

Stadionun yenidən qurulmasından sonra “Xankəndi” klubu öz ev oyunlarını burada keçirməyə başlayıb. MOİK klubunun da növbəti ildən oyunlarını bu arenada keçirəcəyi planlaşdırılır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6